Accessibility links

ABŞ-da seçki kampaniyası son həftəsində


ABŞ-da prezident seçkiləri kampaniyası sonuncu həftəsinə daxil olduğu bir vaxt Demokrat namizəd Hillari Klintonun Respublikaçı Donald Trampdan az fərqlə öncə olduğunu göstərir. Ancaq Klintonun dövlət katibi olarkən şəxsi email serverindən istifadəsinə dair təhqiqatın yenidən başlaması Ağ Ev uğrunda mübarizəyə yenidən qeyri-müəyyənlik əlavə edib.

ABŞ-da keçirilən bir neçə sorğu Klintonun Trampdan 1-3 faiz öndə olduğunu göstərir. Ağ Evdə əyləşəcək yeni şəxsin müəyyən olunmasına bir həftə qalmış mühüm ştatlarda başabaş mübarizə davam edir. Tramp ilk dəfədir seçkili vəzifə uğrunda mübarizə aparır. Klinton isə seçiləcəyi təqdirdə ABŞ-ın ilk qadın prezidenti olacaq.

Kampaniya ərzində müxtəlif hadisələr bəzən hər iki namizədin seçici reytinqini aşağı salıb. Onlardan biri də ötən həftənin cümə günü Federal Təhqiqat Bürosunun direktoru Ceyms Kominin Kintonun emaillərinə dair yeni istintaqın başlamasını açıqlamasından sonra yaşanıb.

Kampaniya ərzində müxtəlif hadisələr bəzən hər iki namizədin seçici reytinqini aşağı salıb. Onlardan biri də ötən həftənin cümə günü Federal Təhqiqat Bürosunun direktoru Ceyms Kominin Klintonun emaillərinə dair yeni istintaqın başlamasını açıqlamasından sonra yaşanıb. İstintaq Klintonun köməkçilər biri Huma Abedinin keçmiş ərinin kompüterində tapılan sabiq dövlət katibinin minlərlə emailinə nəzər salacaq.

Bununla yanaşı Donald Trampda diqqətini bir il əvvəl kampaniyasına başlayandan bəri Klintona kölgə salan email məsələsinə yönəldib.

"Hillari Klinton qurban deyil, Siz, Amerika xalqı, korrupsiyaya uğramış sistemin qurbanı sizsiniz" -deyə Donald Tramp Hillari Klintonun böyük üstünlüklə öncə olduğu Nyu-Meksiko ştatının cənub-qərbində keçirdiyi təbliğat kampaniyası zamanı bildirib: "Biz noyabrın 8-də qalib gələndən sonra Vaşinqtona gedəcəyik və bu bataqlığı qurudacağıq".

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG