Accessibility links

Bayden Davosda Rusiyanı tənqid edib


U.S. Vice President Joe Biden delivers a speech on the second day of the annual meeting of the World Economic Forum in Davos, Switzerland, Jan. 18, 2017.

ABŞ vitse-prezidenti Co Bayden Avropa ölkələrinə xəbərdarlıq edərək bildirib ki, Rusiyanın onların seçki sisteminə müdaxiləsinə hazır olmalıdırlar. O, ABŞ-ın kəşfiyyat agentliklərindən sitat gətirərək Rusiyanın noyabrda Donald Tramp prezident seçilməsi ilə nəticələnən seçkilərinə müdaxilə etdiyini xatırladıb.

Vitse-prezidentliyinin sonuncu ən mühüm çıxışında Bayden İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumuna müraciət edib.

"Ancaq deməliyəm ki, burada yalnız ABŞ hədəf alınmayıb. Avropada da oxşar hücumlar qeydə alınıb. Avropadakı bəzi ölkələr bu il seçkilər keçirməyə hazırlaşır və biz demorkatik proseslərin qarşısını almaq səyləri ilə Rusiyanın daha çox hücum həyata keçirəcəyini ehtimal edirik. Əminəm ki, belə hücumlar yenidən olacaq" - deyə Bayden bildirib.

O, daha sonra Rusiyanı Ukrayna da daxil olmaqla qonşularına qarşı hərbi müdaxilə həyata keçirməkdə ittiham edib.

Rusiya ABŞ-ın kəşfiyyat məlumatlarını rədd edərək Trampa kömək etmək məqsədilə seçkilərə müdaxil etmədiyini bildirib.

XS
SM
MD
LG