Accessibility links

Ramil Usubov: '350 polisə cəza verilib'


Yanvarın 27-də Daxili İşlər Nazirliyində 2016-cı ilin yekunları ilə bağlı kollegiya iclasında nazir Ramil Usubov belə deyib.

Nazir bildirib ki, 2016-cı ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.611 cinayət qeydə alınıb. Bu cinayətlərin 85,4 faizini böyük ictimai təhlükə törətməyən, az ağır, yalnız 14,6 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.

Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il MDB və Avropa məkanında öncül mövqedə olub. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 277-dən 271-ə enib.

Ağır, xüsusilə ağır cinayətlərin 1,8, qəsdən adam öldürmə, ona cəhdlər 13,4, quldurluq 21,8, soyğunçuluq 3,8, odlu silahla törədilən cinayətlər 37, ictimai yerlərdə baş verən cinayətlərin isə 12,7 faiz azaldığı bildirilir.

Nazirin sözlərinə görə, cinayətlərin açılma faizi da artıb. Onun deməsinə görə, “102” xidmətinə daxil olan məlumatlar üzrə 1268 cinayət “isti izlərlə” açılıb, 9289 hüquqazidd əməlin qarşısı alınıb.

Dini ekstremizmlə mübarizə məsələsinə də toxunan nazir deyib ki, belə əməllərə görə 35 şəxs cinayət, 223 nəfər inzibati məsuliyyətə cəlb olunub.

İnsan hüquq və azadlıqlarının pozulması faktları haqda danışarkən isə nazir deyib ki, belə halların sayı 10,9, əsassız saxlamaların sayı 33,3, kobud rəftar halları 41,3 faiz azalıb.

52 polis işçisi xidmətdən xaric edilib.
52 polis işçisi xidmətdən xaric edilib.

Eyni zamanda, nazirin deməsinə görə, korrupsiya halları 29, həmin əməllərə yol verənlərin sayı 13 faiz azalıb.

Polis orqanları daxilində nəzarət işlərinə toxunan nazirin bildirdiyinə görə, 350 nəfər intizam cəzası alıb. 52 nəfər xidmətdən xaric edilib, 42 nəfər isə vəzifədən azad olunub. 256 əməkdaşa isə digər intizam tənbehləri verilib.

Belə cəzalandırmalar vətəndaşları əsassız polisə gətirməyə, saxlamağa, məsuliyyətə cəlb etməyə, qanunsuz axtarış aparmağa, sürücülərin hüquqlarını pozmağa və kobud rəftara görə tətbiq edilib.

Ancaq, Azərbaycanda baş verən cinayətlərin açılma faizinin yüksək olması ilə bağlı ekspertlər bir qədər fərqli düşünürlər. Onlar deyir ki, Azərbaycanda bəzi cinayətlər qeydə alınmır. Üstəlik, müstəqil ekspertlər düşünür ki, Azərbaycanda polis bəzi hallarda hüququn yox, hakimiyyətin keşiyində dayanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG