Accessibility links

Haitinin yeni prezidentinin inaqurasiyası olub


Çərşənbə axşamı Hovenel Mois iki il davam edən çətin seçki dövründən sonra Haitinin prezidenti kimi and içib.

Moisin and içmə mərasimi parlamentdə, haitili qanunvericilər və yüksək səviyyəli xarici rəsmilərin şahidliyi ilə keçirilib.

Sabiq prezident Mişel Martelli tərəfindən namizəd olaraq göstərilən Mois noyabrın 20-də keçirilən seçkidə səslərin 56 faizini qazanıb.

İnaqurasiyaya nümayəndə göndərən ölkələr sırasında Birləşmiş Ştatlar, Fransa və Venezuela yer alıb.

Mois uzun müddətdir çirkli pulların yuyulması kimi ittihamlarla üzləşir. Yeni prezident ötən ay dörd saat boyunca Port-o-Prinsdə bağlı məhkəmə zalında hakimin sullarını cavablandırıb.

O, ittihamları rədd edir və onların siyasi motivli olduğunu deyir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG