Accessibility links

Boko Haram - dağıntı və bərpa [Video]


Dekabr ayında Nigeriyanın prezidenti Buhari Boko Haramın artıq “bitkin” vəziyyətdə olduğunu dedi. Amerikanın Səsi əldə etdiyi gizli Boko Haram videolarını araşdırmaq üçün Nigeriyanın şimalına getdiyində, orada hər yerdə böyük humanitar və təhlükəsizlik problemlərinin olduğu açıq-aydın görünürdü. “Terrorun ifşası” adlı silsilənin bir parçası olaraq, sizə Boko Haram terrorundan sağ çıxan nigeriyalıların hekayə və ümidlərini təqdim edirik.

Yeddi il davam edən Boko Haram terrorun nəticəsidnə milyonlarla nigeriyalı çox sayda acılar çəkdi.

Boko Haram
Boko Haram

Lakin 2016-cı ilin baharında, Nigeriya ordusu hücum edərək qrupun nəzarəti altında olan onlarla şəhər və kənd geri aldı.

Boko Haramın amansızlıqları qrupun öz kameralarına qeydə alınıb: Amerikanın Səsinin ekslüziv olaraq əldə etdiyi 18 saatlıq videolarda nigeriyalıların ictimai yerlərdə edam edilmələri…döyümələri…. şikəst buraxılmaları…göstərilir.

Bəs kimlər sağ qaldı? Onların hekayələri nədir?

Amerikanın Səsinin əməkdaşları 2016-cı ilin sentyabr ayında Nigeriyaya səfər etdi. Məqsəd isə hökümətin videoda göstərilən yerlər və Boko Haramən digər istinadgahlarında daha yaxşı təhlükəsizlik tədbirləi görülüdüyünə dair iddialarını yoxlamaq idi.

İlk dayanacaq Bama oldu – Borno ştatının ikinci ən böyük şəhəri. 2014-cü ildə şəhər Boko Haramın nəzarəti altına keçmədən öncə orada 300 min insan yaşayırdı.

Amerikanın Səsinin əməkdaşları ora anti-təyyarə silahları olan 12 yük maşını və onlarla qoşundan ibarət hərbi konvoyla getdi.

Boko Haram bizə hücum etdiyində, burda heç vir təhlükəsizlik qüvvəsi yox idi. Biz iki-üç il əzab çəkdik, sonra şəhərdəki hər kəs şəhəri tərk etdi.

Müharibə zamanı baş verən vəhşiliklərin ən dəhşətliləri Bamada baş verib. Orada biz sağ qalan bir kişi ilə tanı olduq.

“Bu, körpüdür. Bama Körpüsü. Hər şey burda baş verdi.”

Alhacı Madu qaçdığı üçün sağ qalıb. Körpüdə baş verən vəhşilikəri əks etdirən video internetdə yayılıb.

“Kanter adlı yük maşını var idi. Onlar onu insanlarla doldurub, bura gətirirdilər. Sonra isə bir bir, insanların ayaqlarını tutub, başlarından güllə ilə vurudular.”

“Sonra da onları körpüdən atırdılar.”

Bir gün 200-dən çox insan bu cür öldürülmüşdü.

İndi isə Bamada küçələr bom-boşdur, Boko Haram qaçanda binaları yandırıb.

Bu, emirin sarayıdır. Bir zamanlar yerli rəhbər və lidelər ziyarətçiləri qarşılamaq üçün burada bir araya gəlirdi.

“Məsciddən başqa, hər şey yandırılıb.”

Boko Haram tərk etdiyi digər şəhərləri də eyni cür məhv edib. Bu şəhərlər bərpa olunanadək, ora geri dönmək olmaz.

Şimal-şərqdə təxminən 2 milyon insan Boko Haram tərəfindən məcburi olaraq evlərindən çıxarılıb. Bu isnanların bəziləri dost və ailəlrəi ilə, əksəriyyəti isə region boyu salınan düşərgələrdə qalır.

Bamadakı bu düşərgədə 27 min insan məhdud yemək və su ilə dolanır. Hər gün isə düşərgəyə daha da çox insan gəlir.

Bu gənc qadın 14 yaşında qaçırılıb və Boko Haramın müqəddəs yeri sayılan Sambisa Meşəsinə aparılıb. Meşənin ərazisi Belçikadan iki dəfə böyükdür. Orada o, qurpun döyüşçüsü ilə evlənməyə məcbur edilib.

“Imtina etsək, bizi qapalı yerdə tutub, evlənməyə məcbur edirdilər.”

Amerikanın Səsinin konvoyu Boko Haram videolarında ictimai edamların yer aldığı Kumşini ziyarət etməyə çalışdı. Əsgərlər icazə vermədi, çünki, baxmayaraq ki, Kumşi geri qaytarılıb – oranın yolu çox təhlükəli idi.

Bu səbəbdən də konvoy bir neçə gün öncə geri alınan Damasaka üz tutdu.

Şəhər dağılıb, tərk edilib. Orda bir tək yaşlı bir qadın qalıb. O, illərdir Damasakda yaşayır və Boko Haramın qonşularını bir-bir evlərindən çıxarmalarına şahid olub.

“Adım Ya Sorudur.”

O deyir ki, Damasak artıq bir ildir boşdur.

“Şəhərdə tək başına qalmaqdan qorxmursunuz?”

“Başqa nə edə bilərəm ki?

Övladlarımız son üç ildir məktəbə getmir. Biz ümid edirik ki, mətkəblərin bərpası ilə, onlar 1-2 ay ərzində məktəbə geri dönəcəklər.

Onun həyatının normala qayıdması, Nigeriyanın isə bərpa olunması vaxt alacaq.

Ancaq, kiçik də olsa, ümid var.

Mainok şəhəri Boko Haram gəlib getdiyi üçün dörd dəfə dağıdılıb, sonra yenidən tikilib. Yerli rəhbər Lavan Bukaar Kyari deyir ki, 200-dən çox kəndli öldürülüb.

“Boko Haram bizə hücum etdiyində, burda heç vir təhlükəsizlik qüvvəsi yox idi. Biz iki-üç il əzab çəkdik, sonra şəhərdəki hər kəs şəhəri tərk etdi.”

Mainokda yenidən bərpa işləri aparılır.

Hərbi post sayəsində, sakinlər yavaş-yavaş geri gəlir.

“Övladlarımız son üç ildir məktəbə getmir. Biz ümid edirik ki, mətkəblərin bərpası ilə, onlar 1-2 ay ərzində məktəbə geri dönəcəklər.”

Boko Haram ilk olaraq şimal-şərqdə yerləşən Borno ştatının ən böyük şəhəri Maidugirdə yaranıb.

Şəəhrin qubernatoru Kaşim Şettimadır.

“Hər bi-iki həftədən bir, onlar Maguduriyə hücum edərdi.”

Şettima deyir ki, o zamandan bəri çox şey yaxşılaşıb.

“Təzyiqlərə, yaşadığımız bütün çətinliklərə baxmayaraq, indi Maiduguridəki insanlar yata bilir.”

General Viktor Ezuquvu regiondakı qoşunlara komandirlik edir. O deyir ki, Boko Haram düşərgələrini daha yaxşı kəşfiyyat və hava hücumları hədəf alır.

Amma hələ görüləsi daha çox iş var.

“Biz ilərin 70-75 faizi görmüşük. Onlar kiçik qruplarda fəaliyyət göstərir.”

2016-cı ilin dekabrında Nigeriyanın preziednti Muhammadu Buhari cəsur bir bəyanat verdi: Boko Haram artıq “bitkindir” – onlar Sambisadakı ən böyük anklavlarından çıxarılıb.

Amma müharibə hələ ki, bitməyib.

Hətta Maidugui də belə bəzən Boko Haramın intiharçı bomabaları partlayır.

Minlərlə mülki vətəndaş hələ də girovdur. Onların arasında iki il öncə oğurlanan 276 Cibok məktəbli qızı var.

Şimal-şərqi Nigeriya boyu humanitar böhran yaşanır – 5 milyon insan yararsız və yetərsiz su və yemək ilə qidalanır.

Qoşun yeridilmiş ərazilərdən kənarda, Boko Haram mütəmadi partizan hücumları həyata keçirir.

Bu yerli çobanlar yenicə Boko Haramın pusqusundan qurtulub. Militantlar onların arvad və uşaqlarını girov götürüb.

“Kumşe yolunda, hər kolun arxasında bir silahlı Bokor Haram militantı var.”

Boko Haram gözlərdən uzaq olsa da…. Hələ ki, yoxa çıxmayıb.

XS
SM
MD
LG