Accessibility links

Baltimor məktəblərində uşaqlar meditasiya edir [Video]


Baltimor məktəblərində uşaqlar meditasiya edir
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Baltimor şəhərindəki bir məktəb dəcəl uşaqları tərbiyə etməyin yeni üsulunu sınaqdan keçirir.

Bütün dünyada müəllimlər hər gün dəcəl uşaqlarla qarşılaşır. Bəziləri bu cür uşaqları sakit bir otağa göndərir, digərləri isə cismani cəza tətbiq edir. ABŞ-da bir çox ştat məktəblərdə cismani cəzanı qadağan edib. İndi isə Merilendin Baltimor şəhərindəki bir məktəb dəcəl uşaqları tərbiyə etməyin yeni üsulunu sınaqdan keçirir. Bu isə meditasiyadır.

Baltimorda yerləşən Robert Kolman ibtidai məktəbdə səhərlər bu səslər eşidilir.

Şagirdlər daha diqqətlidir. Onlar öyrənməyə hazırdır. Onların fikirləri bir yerə cəmləşir.

Bu, bütün dünyadakı digər məktəblərdən çox da fərqlənmir.

Amma bu məktəbdə bir fərq var. Bu fərq isə dərs gününü necə başladığıdır.

Kitablarını açmadan öncə uşaqlar dərk etmə məşğələsi edirlər.

15 dəqiqə boyu onlar bir sıra müxtəlif dərin nəfəs məşğələləri edirlər kİ, bu, onları sakitləşdirir və diqqətlərini artırır.

Proqram Baltimorda fəliyyət göstərən Holistic Life (Vahid Həyat) Fondu tərəfindən inkişaf etdirilirb. Proqram məktəbdə ilk dəfə olaraq 2014-cü ildə, məktəbin direktoru fondun dərsdən sonra keçirdiyi yoqa dərslərinin təsirlərini görəndən sonra təqdim olunub.

“Bu məni daha rahat və yüngül hissetdirir, çünki oksigen içimə daxil olur və məni rahatladır.”

Yoqa və dərketmə məşğələləri əsirlərdir mövcudur, amma onların təsirləri ilə bağlı elmi araşdırma nisbətən yenidir. Bu məktəblərin işçiləri nəticələrdən məmnundur.

“Şagirdlər daha diqqətlidir. Onlar öyrənməyə hazırdır. Onların fikirləri bir yerə cəmləşir,” deyə məktəbin müəllimi Lakia Uilson bildirir.

Bu məktəbdə, dərk etmə üsulları sadəcə sinif otağı ilə məhdudlaşmır.

Müəllimlər dəcəl uşaqları cəza olaraq direktorun otağına deyil, “dərk etmə dəqiqəsi” adlanan otağa aparır.

Orada təlim keçmiş tərbiyəçi uşaqlara etdikləri hərəkətlərin nəticləri barədə fikirləşməyə yardım edir.

“Biz burada nəfəs alıb-veririk. Bunda əlavə isə enerjisi olan uşaqlarla yoqa edirik. Biz həmçinin yaradıcı yazılar yazırıq.

“Məncə bu, uşaqlardan çox mənə kömək edir, çünki mən ora gedib bir az sakitləşib, fikirlərimi bir yerə cəmləşdirə bilirəm. Şagirdlər geri dönəndə sonra isə biz bir-birimizlə daha normal ünsiyyət qura bilirik.
Müəllimə

Müəllimlər deyir ki, adətən uşaqlar “dərk etmə dəqiqəsi” otağından qayıdanadan sonra etdiklərinə görə peşmanlıqlarını dilə gətirirlər ki, daha öncə onlar bunu etmirdilər. Bundan isə təkcə uşaqlar faydalanmır.

“Məncə bu, uşaqlardan çox mənə kömək edir, çünki mən ora gedib bir az sakitləşib, fikirlərimi bir yerə cəmləşdirə bilirəm. Şagirdlər geri dönəndə sonra isə biz bir-birimizlə daha normal ünsiyyət qura bilirik.”

Holistic Life Fondudun həm-təsisçisi Ali Smith deyir ki, yoqa və dərk etmə məşğələləri Baltimor məktbələrinə ab-havanı yaxşıladırmağın bir yolu idi.

“Yoqa mənimlə qardaşımı bu günlərə gətirib çıxardı, ona görə də biz burada yaşayan uşaqları eyni imkanla təmin etmək istədik.”
Hazırda Baltimorda 14, ölkə boyu isə bir çox məktəb şagirdərinin etdiklər hərəkətlərin nəticələrini dərk etmələrinə yardım etmək üçün Holistic Life Fondu ilə əməkdaşlıq edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG