Accessibility links

Bir nəfərdən ibarət şokolad fabriki [Video]


Bir nəfərdən ibarət şokolad fabriki
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Bir nəfərdən ibarət şokolad fabriki

Müqəddəs Valentin yəni Sevgililər günündə amerikalılar sevdikləri insana hədiyyələr verirlər. Milli Pərakəndə Satış Federasiyasının apardığı sorğunun nəticələrinə əsasən, bu hədiyyələrdən ən populyarı isə şokoladdır. Təşkilat bu il istehlakçıların şokolada 1,7 milyard dollar pul xərcləyəcəklərini təxmin edir. Bu səbəblə də, mükafat qazanmış şokoladlar istehsal edən Ben Rasmussen ilin bu vaxtında çox məşğul olur.

Paxlalar dənsovuran maşında çatlayandan sonra, paxlanın içindəki dənələr qəhvəüyüdənə göndərilir. Orada dənələr kakao içkisi adlanan mayeyə çevrilir. Sonra isə ona şəkər əlavə olunur. Mənim şokoladım elə bundan ibarətdir. Kakao paxlası və şəkər. Bu şokoladın tərkibində bunlar ikisi var.
Ben Ramussen

“Paxlalar dənsovuran maşında çatlayandan sonra, paxlanın içindəki dənələr qəhvəüyüdənə göndərilir. Orada dənələr kakao içkisi adlanan mayeyə çevrilir. Sonra isə ona şəkər əlavə olunur. Mənim şokoladım elə bundan ibarətdir. Kakao paxlası və şəkər. Bu şokoladın tərkibində bunlar ikisi var.”

Tərkib hissələri sadə ola bilər, amma yaxşı şokolad düzəltmək heç də asan deyil.

“Yediyiniz şokolad istehsalçının yaradıcı seçimlər etməsinin nəticəsidir. Bu, onları paxlaları necə qovurduqlarından, necə üyütdüklərindən və şokoladın dadına təsir göstərən bu prosesləri necə həyata keçirdiklərindən asılıdır. Mənim şokoladım da, mənim yaradıcı prosesimdəki seçimlərinin birbaşa nəticəsidir, çünki mənim prosesim hətta eyni avadanlıqlardan istifadə edən digər insanların prosesindən fərqlidir.”

Ben Rasmussenin şokolad sevdası 8 il öncə o, dadlı qara (acı) şokoladın tamına baxandan sonra başlayıb. O, həmin şokoladı çox sevdiyini və onu hazırlamağın yollarını öyrənməyə başladığını deyir.

“Mən şokolad hazırlamağı internetlə və köhnə kitablar oxuyaraq öyrəndim. Sonra ikinci əl avadanlıqlar aldım və prosesin üzərində işləməyə başladım və bu prosesi çox sevdim. Yəni bu iş, belə başladı.”

Şokolad
Şokolad

Çox qısa zaman ərzində onun Potomac Chocalate şirkəti yarandı. Onun öz mətbəxində hazırladığı ilk şokolad plitələrindən biri həmin ilin “Yaxşı Yeməklər Mükafatı” müsabiqəsinin finalisti oldu.

“Həmin şokolad plitəsi 2011-ci ildə həm də Şokolad Akademiyası Mükafatını qazandı. Mən həmçinin dörd müxətlif şokolad plitəsinə görə də Şokolad Akademiyası Mükafatını, eləcə də bir neçə Beynəlxalq Şokolad Mükafatları əldə etmişəm.”

Bu mükafatlar onun şokoladına tələbi artırdı və Rasmussen şokolad istehsalını evinin mətbəxindən zirzəmisinə köçürdü. O, indi də şokoladı elə orada hazırlayır. Rasmussen həm də avadanlıqlarının çoxunu özü düzəldib. Amma şokolad istehsalı onun əsas işi deyil.

Xüsusi şokolad bazarı böyüyür. Mən şokoladların hamısnı özüm hazırlayıram, ona görə də, şirkətim çox balacadır amma böyüməyə davam edir. Hər il bir öncəki illə müqayisədə daha yaxşı olur. Hələ ki, ən çox gəlir ötən il olub.
Ben Rasmussen

“Mən Linux sistemlərinin administratoruyam və işim çox olur. Ona görə də, iş yeri ilə şokolad hazırlamaq arasında balansı qorumaq çətindir, xüsusilə də ailəm və dörd övladımın olduğunu nəzərə alsaq. Yəni mən çox məşğul bir insanam.”

Bu məşğul insan hər iki həftədən bir 140 kiloqram şokolad hazırlayır və onları internetdə və ya dəbdəbəli şokolad mağazalarında satır.

“Xüsusi şokolad bazarı böyüyür. Mən şokoladların hamısnı özüm hazırlayıram, ona görə də, şirkətim çox balacadır amma böyüməyə davam edir. Hər il bir öncəki illə müqayisədə daha yaxşı olur. Hələ ki, ən çox gəlir ötən il olub.”

Rasmussen deyir ki, o hər gün daha da yaxşı olmağa və bacara bildiyi qədər ən yaxşı şokoladı hazırlmağa çalışır.

XS
SM
MD
LG