Accessibility links

Çərşənbə günü səhər radələrində Hindistanın şərqində yerləşən Sriharikota şəhərindən havaya raket uçurulub. Bununla da, bir uçuşda kosmosa rekord 105 peyk göndərilib.

Bundan əvvəl bir il öncə Rusiya bir uçuşda kosmosa 37 peyk göndərmişdi.

714 kiloqramlıq yer müşahidə peykindən əlavə raketdə əksərən 10 kiloqram çəkiləri olan nano peyklər olub və onlar Birləşmiş Ştatlar, Qazaxıstan, Hollandiya, İsveçrə və Birləşmiş Ərəb Əmirliklərindən olan müştərilərə aid olub.

Çərşənbə günü uçurulan raket ölkənin xərcləri azaldaraq multi-milyard dollarlıq qlobal ticari kosmik sənayesinə daxil olmaq yolunda atdığı böyük bir addımdır.

Hindistanın kosmik proqramının diqqət mərkəzində kosmosa ucuz çıxış yer alır. Proqram 2014-cü ildə uğurlu Mars missiyasından sonra beynəlxalq diqqəti cəlb edib. Bunun üçün isə Hindistan 74 milyon dollar xərcləyib. Bu, NASA-nın Marsa missiyasına xərclədiyi 670 milyon dollardan xeyli azdır. Hindistanın bu səyləri ölkənin zəif kosmos proqramının texnoloji irəliləyişlər əldə etdiyi göstərir.

XS
SM
MD
LG