Accessibility links

Bu gün Cenevrədə Suriya sülh danışıqları bərpa edilib. Görüş müharibədən sarsılan bu ölkədə 10 aydır artmaqda olan zorakılardan sonra keçirilir.

Müzakirələr Türkiyə qüvvələri və rəqib döyüşçülərin İŞİD-in nəzarəti altında olan Əl-Bab şəhərinin mərkəzini ələ keçirdiyi vaxta təsadüf edir.

Türkiyənin dövlət mərbuatının bildirdiyinə görə, tərəflər buna həftələrdir şəhərin mərkəzi uörunda döyüşlərdən sonra nail olub.

Hökumət qüvvələri isə şəhərin cənub bölgəsində rəqib döyüşçülərlə mübarizə aparır.

Cenevrə müzakirələri Suriyanın yüz minlərlə insan həyatı bahasına başa gələn, 11 milyon adamın itkin düşməsinə səbəb olan 6 illik müharibəyə son qoyulması mahiyyəti daşıyır.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan De Mistira bu gün səhər hökumət və müxalifət təmsilçiləri ilə müzakirələr keçirib.

Suriyanın müharibə aparan tərəfləri ən son doqquz ay öncə Cenevrədə görüş keçirib. O zamankı danışqlar atəşkəs razılığının dəfələrlə pozulması səbəbilə kəsilib.

De Mistura uğursuz başa çatan danışıqların yenidən müvəffəqiyyətlə bərpa olunmasının tərəflərin atəşkəs razılığına əməl edib-etməmələrindən asılı olduğunu qeyd edib.

O deyib ki, razılığı Qazaxıstanın paytaxtı Astanada Türkiyə ilə birlikdə tərtib edən Rusiya zəif atəkəsin qorunub saxlanması üçün öz nüfüzundan istifadə edir.

De Mistura həmçinin əlavə edib ki, o, müxalif tərəflər üzərində təsirə sahib ölkələri onları atəşkəsə əməl etməyə və digər tərəfi qızışdırmamağa məcbur etməyə çağırıb.

2011-ci ilin mart ayından başlayaraq Suriyadakı vətəndaş müharibəsi 400 mindən çox insanın ölümünə, altı milyondan çox insanın Suriya daxilində didərgin düşməsinə və təxminən beş milyon insanın qonşu ölkələrə qaçmasına səbəb olub. 13,5 milyona yaxın insanın isə humanitar yardıma ehtiyacı var.

XS
SM
MD
LG