Accessibility links

Prezident Tramp sığorta qanunu etirazlarına görə Obamanı qınayır


ABŞ Prezidenti Donald Tramp Konqres tənəffüsü zamanı Respublikaçı qanunvericilərin yerli seçicilərlə görüşdə üzləşdikləri etirazlara görə sələfi Barak Obamanı günahlandırır.

"Obamacare" adlanan tibbi sığorta qanunun ləğvi ilə bağlı bir çox yerlərdə Respublikaçı Konqres üzvləri sakinlərin qəzəbli reaksiyaları ilə qarşılaşıblar. Bəzi Respublikaçılar bu etirazların demokrat fəallar tərəfindən təşkil edildiyini deyir.

Zənnimcə bunun arxasında Prezident Obama dayanır, çünki onun adamları mütləq bunun arxasındadır.

“Zənnimcə bunun arxasında Prezident Obama dayanır, çünki onun adamları mütləq bunun arxasındadır,” Tramp Ağ Evdə Fox News telekanalına müsahibədə bildirib.

“Mən onu da başa düşürəm ki bu, siyasətdir,” o əlavə edib. “Onun belə şeylərin arxasında durması - bu siyasətdir. Və yəqin ki, davam edəcək. Mən onun etmək istədiyi şeyləri dəyişirəm.”

Tramp söz verib ki, o, sabiq prezidentin qəbul etdiyi tibbi sığorta qanununu ləğv edəcək.

Tibbi sığorta haqda qanunu Demokratlar Obamanın başlıca nailiyyəti kimi qiymətləndirir.
Tibbi sığorta haqda qanunu Demokratlar Obamanın başlıca nailiyyəti kimi qiymətləndirir.

Ağ Evdə qubernatorlarla görüş zamanı Prezident Tramp həmin qanunu “iflasa uğramış fəlakət” adlandırıb.

Respublikaçı qanunvericilər illər boyu 2010-ci ildə qəbul edilmiş qanunun amerikalıların sığorta xərclərini artırmaqda, icbari sığorta tətbiq etməklə hökuməti insanların fərdi həyatlarına qarışmaqda ittiham edərək onu ləğv edəcəklərini vəd ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG