Accessibility links

ABŞ baş prokuroru istefa verməyə çağırılır


Konqresdəki demokratlar ABŞ baş prokuroru Cef Seşşionsu Rusiyanın noyabr ayında keçirilən seçkilərə müdaxiləsi ilə bağlı istintaqda iştirak etməkdən imtina etməyə çağırır. Buna səbəb Seşşionsun ötən il Rusiyanın ABŞ-dakı səfiri ilə görüşdüyü ilə bağlı məlumatların ortaya çıxmasıdır.

Seşşions senator ikən Donald Trampın prezidentliyə namizədliyini dəstəkləyirdi və seçki kampaniyası zamanı onun məsləhətçisi olaraq fəaliyyət göstərirdi.

Ədliyyə Nazirliyinin başçısı kimi nominasiya ediləndən sonra isə yanvar ayında namizədliyinin təsdiqi ilə bağlı keçirilən dinləmədə Seşşionsa Trampın seçki kampaniyasında iştirak edən hər hansı bir kəsin Rusiya ilə əlaqəsinin olduğunu öyrəndiyi təqdirdə hansı addımlar atacağı barədə sual verilmişdi.

“Seçki kampaniyası zamanı məni bir-iki dəfə rusların əlaltısı adlandırıblar, amma mənim ruslarla heç bir əlaqəm olmayıb,” deyə o, cavab verib.

Seşşions səfir Sergey Kislyakla iyul ayında Respublikaçıların Milli Qurultayı çərçivəsində keçirilən bir tədbirdə, daha sonra isə sentyabr ayında Senatdakı ofisində görüşüb.

Ədliyyə Nazirliyinin sözçüsü Sara İsgur Flores deyib ki, “Seşşionsun namizədliyinin təsdiqi ilə bağlı dinləmədə and içərək verdiyi bəyanatlarda heç bir yanlış məlmat verməyib."

Daha sonra baş prokuror “heç bir Rusiya rəsmisi ilə seçki kampaniyasını müzakirə etmək üçün görüşmədiyini” açıqlayan bir bəyanat verib.

Senator Al Franken
Senator Al Franken

Namizədliyinin təsdiqi ilə bağlı dinləmədə Seşşionsa Rusiya ilə əlaqələrinə dair suallar verən senator Al Franken çərşənbə axşamı baş prokurorun heç bir istintaqda iştirak etməməli olduğunu söyləyən demokratlardan biridir.

Nümayəndələr Palatasının demokrat lideri Nensi Pelosi və demokrat senator Elizabet Uarren isə Seşşionsu vəzifəsindən istefa verməyə çağırıb.

Ədliyyə Nazirliyinin tərkib hissəsi olan Federal Təhqiqatlar Bürosu (FBI) Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini, eləcə də Trampın seçki kampaniyası ilə Rusiya prezidenti Vladimir Putin höküməti arasında mümkün əlaqələri təhqiq edir.

Senatın kəşfiyyat komitəsi öz istintaqını aparır, çərşənbə günü isə Nümayəndələr Palatasının da kəşfiyyat komitəsi təhqiqat başladacağını açıqlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG