Accessibility links

"Oktyabr İnqilabı" yoxsa "Kommunist Çevrilişi"? [Video]


"Oktyabr İnqilabı" yoxsa "Kommunist Çevrilişi"?
please wait

No media source currently available

0:00 0:02:10 0:00

"Oktyabr İnqilabı" yoxsa "Kommunist Çevrilişi"?

Müasir Qreqori təqvimi ilə noyabr ayında baş verən “Oktyabr İnqilabı” Rusiyanın kommunist Bolşeviklərini hakimiyyətə gətirdi və Sovet İttifaqının yaranmasına səbəb oldu. Sovet vaxtlarında bu tarixdə xalq inqilabının başlanğıcı qeyd olunurdu. Lakin 1991-ci ildə Sovet İttifaqının süqutundan bəri rusların çoxu bu tarixi “Oktyabr Çevrilişi” kimi görür və Bolşeviklərin qurduğu Sovet imperiyası ilə bağlı qarışıq hisslər keçirir.

Sovet propaqandası 1917-ci ildə çarın Qış Sarayına hücumu Bolşevik İnqilabının ikonik əfsanəsinə çevirmişdi.

Əslində, elə əvvəldən Bolşeviklər özləri də bunu çevriliş adlandırırdı. İnqilab sözü sonradan ortaya çıxdı. Əvvəl onlar “Fevral İnqilabı” və “Oktyabr Çevrilişi” deyirdilər. İndi də biz eyni ifadələrə geri dönürük.
Yelena Salomaxa

“Əfsanəyə əsasən insanlar kütlə halında Saray Meydanından qaçıb, darvazaya dırmaşıb, bu pilləkanlardan yuxarı çıxıb Qış Sarayına hücum etmişdi. Amma əslində belə bir şey baş verməmişdi,” Ermitaj muzeyindən Yelena Salomaxa bildirir.

Buna səbəb isə Bolşeviklərin çox az müqavimətlə üzləşmələri idi, çünki saray yaralanmış əsgərlər üçün xəstəxana kimi fəaliyyət göstərirdi.

Monarxiyaya son qoyulandan sonra sadəcə bir neçə ay hakimiyyətdə olan müvəqqəti hökümətin liderləri həbs olundu.

Elena Salomaxa: “Əslində, elə əvvəldən Bolşeviklər özləri də bunu çevriliş adlandırırdı. İnqilab sözü sonradan ortaya çıxdı. Əvvəl onlar “Fevral İnqilabı” və “Oktyabr Çevrilişi” deyirdilər. İndi də biz eyni ifadələrə geri dönürük.”

Daha sonra Bolşeviklər kral ailəsini- Romanovları- edam etdi. Onların bu addımları Fransa İnqilabına bənzədildi.

İndi isə bir çox rus Bolşevikləri hakimiyyət istəyində olan qrup adlandırır.

“Onlar müəyyən bir doktrina seçmişdilər və hakimiyyəti ələ keçirmək üçün bu doktrinaya əməl edirdirlər. Onları başqa heç nə maraqlandırmırdı.”

Tənqidçilər Bolşeviklərin kommunist sisteminin kəndlilər milləti arasında bərabərlik yaratdığını etiraf edir.

Amma müasir Rusiya baş verən qırğını faciə kimi görür və bunun nə dərəcədə lazımlı olduğunu sual edir.

“Biz 20-ci əsrdə Sovet höküməti tərəfindən edilən hər bir şeyi mənfi qiymətləndirə bilmərik. Onlar böyük nailiyyətlər də əldə ediblər. Sovet İttifaqı zamanı baş verən bəzi faciəvi hadisələrdən başqa elm, mədəniyyət, incəsənət və beynəlxaq siyasət sahəsində bəzi nailiyyətlər də əldə olunub.”

Sovet propaqandası artıq ruslara Bolşeviklərə və ya onların yüz il öncə həyata keçirdikləri çevrilişə münasibətinə təsir edə bilmir. Onların məqsədləri sual edilsə də, çox az sayda insan Bolşeviklərin addımlarının Sovet İttifaqının yaranmasına səbəb olduğuna şübhə edir.

XS
SM
MD
LG