Accessibility links

FBI rəhbəri Trampın dinlənilmə haqda iddialarını təkzib etdi


FBI Direktoru Ceymz Komi Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində Rusiya nn ABŞ seçkilərinə mümkün müdaxiləsinə dair ifadə verir. 20 mart, 2017. Vaşinqton.

FBI Direktoru Ceymz Komi Prezident Donald Trampın sələfi Obamanın seçkilər ərəfəsində onun telefon danışıqlarını izlədiyinə dair iddiasını təkzib edib.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində düzənlənən dinləmədə Komi həmçinin təsdiq edib ki, rəhbərlik etdiyi agentlik Tramp kampaniyası əməkdaşlarının Respublikaçı namizədin qələbəsini təmin etmək məqsədilə Rusiya ilə işbirliyində olub-olmadığını araşdırır.

Məndə [Trampa məxsus] tvitləri təsdiqləyən informasiya yoxdur.

“Məndə [Trampa məxsus] tvitlərini təsdiqləyən informasiya yoxdur,”deyə Komi bildirib.

Bu bəyanata baxmayaraq Ağ Evin sözçüsü Şon Spayser bildirib Tramp dinlənilmə haqda iddialarını geri götürmək fikrində deyil. “Biz dinləmələrə başlamışıq, və bu hələ də davam edir," Spayser bəyan edib. “Burada əhatə olunmalı çoxlu sahələr var. Müzakirə olunmalı çoxlu informasiya var.”

Komi panel qarşısındakı çıxışında bildirib ki, istintaq məxfi getdiyindən o, “bizim nə etdiyimiz və kimi araşdırdığımızı” deyə bilməz.

Rusiya hökumət agentləri ABŞ-da prezident seçkiləri ərəfəsində Demokrat Partiyasının serverlərinə haker hücumları təşkil edərək məlumat oğurlayıblar.

Rusiya hökumət agentləri ABŞ-da prezident seçkiləri ərəfəsində Demokrat Partiyasının serverlərinə haker hücumları təşkil edərək məlumat oğurlayıblar.

FBI Direktoru əlavə edib ki, Konqres rəhbərlərinı bağlı qapılar arxasında lazımi məlumat verilib.

Lakin Komi deyib ki, Ədliyyə Departamenti FBI-ın Tramp kampaniyası ilə Rusiya hökuməti arasındakı təmasların araşdırılmasına dair məlumatı təsdiqləməyə icazə verib.

Bazar ertəsi Tvitterdə yazdığı mesajlarda Tramp Obama administrasiyası döpnəmində milli kəşfiyyatın direktoru olmuç Ceymz Klapper onun Moskva ilə işbirliyində olmasına dair “heç bir dəlil olmadığını” təsdiq edib. “Bu SAXTA XƏBƏRDİR və hamı bunu bilir!” Tramp bəyan edib.

Prezidentliyinin ikinci ayına daxil olan Tramp Demokratların “Rusiya hekayəsini” öz məğlubiyyətlərinin səbəblərini ört-basdır etmək üçün ortaya atdıqlarını bildirib.

XS
SM
MD
LG