Accessibility links

Cənubi Sudanın Vau şəhərində 21 nəfəri daşıyan təyyarə qəzaya uğrayıb. Nəticədə yaralananlar var.

Təyyarəni idarə edən South Supreme Hava Yollarının verdiyi məlumata görə, bazar ertəsi təyyarənin enməyə çalışarkən qəzaya uğramasından sonra 21 nəfər təhlükəsiz bir şəkildə evakuasiya edilib. Sərnişinlərdən bəzilərinə Vau Hospitalında tibbi yardım göstərildiyi bildirilir.

Sərnişinləri təyyarədən evakusiya etmək üçün yerli təhlükəsizlik işçilərinə BMT sülhməramlıları yardım edib.

Vau hava limanında çalışan təyyarə mühəndisi Amerikanın Səsinə bildirib ki, təyyarə pis hava şəraitində enməyə çalışarkən uçuş-enmə zolağının kənarında dayanan zədələnmiş yük maşınına dəyib.

South Supreme Hava Yolları ilk olaraq təyyarədə 45 nəfərin olduğunu, lakin 24 sərnişininin təyyarənin ilk dayanacağı olan Aveil şəhərində endiyini bildirir.

XS
SM
MD
LG