Accessibility links

Baharın gəlişi dünyanın müxtəlif ölkələrində Novruz bayramı kimi qeyd olunur.

ABŞ Dövlət Katibi Reks Tillerson yeni ilin başlanğıcına işarə edən Novruz münasibətilə təbrik müraciəti ünvanlayıb.

Novruz qarşıdan gələn ilə ümid və nikbinliklə baxmaq çağıdır.

“Dünya boyu Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Suriya, Tacikistan, Türkiyə Türkmənistan, Özbəkistan və Cənubi və Orta Asiya və İran Körfəzi ölkələrində milyonlarla insan ilin bu gününü ailə və dostları ilə bayram edir,” Tillerson yazılı bəyanatda bildirib. “Bu gün çox sayda amerikalı əcdadlarının ənənələrini anan yeni nəsillə birgə bayramı qeyd edəcək.”

Dövlət Katibi Tillerson bəyan edib: “Novruz qarşıdan gələn ilə ümid və nikbinliklə baxmaq çağıdır. Biz bu baharı birgə bayram etməyə hazırlaşır və Novruzun hamıya sülh və əmin-amanlıq gətirəcəyinə ümid bəsləyirik.”

XS
SM
MD
LG