Accessibility links

Dərmanlara davamlı vərəm bakteriyası [Video]


Cümə günü Dünya Vərəmlə Mübarizə Günü qeyd olunur. Bu günün məqsədi insanları hər il təxminən 1.8 milyon insanın ölümünə səsəb olan xəstəliklə bağlı maarifləndirməkdir. Ölüm hallarının üçdə ikisi altı ölkədə baş verir. Bunlar Hindistan, İndoneziya, Çin, Nigeriya, Pakistan və Cənubi Afrikadır. İndi isə vərəm bakteriyasının müqavimət göstərən növləri yeni müalicə yollarının inkişaf etdirilməsinə çətinlik törədir.

Hər gün vərəmdən 5 min insan ölür. Bu xəstəlik əsasən də, miqrantlar, qaçqınlar, məhbuslar və icmalarının təcrid olunmuş üzvləri kimi zəif insanlara yoluxur.

Vərəm ən ölümcül yoluxucu xəstəlikdir. Dünya Vərəmlə Mübarizə Gününün məqsədi dünyanın ən təcrid olunmuş icmalarındakı problemləri ön çəkməkdir.

Keyptaun Universitetinin Pulmonologiya Bölməsinin başçısı doktor Kirtan Dheda: “Hər gün vərəmdən 5 min insan ölür. Bu xəstəlik əsasən də, miqrantlar, qaçqınlar, məhbuslar və icmalarının təcrid olunmuş üzvləri kimi zəif insanlara yoluxur”.

Vərəm Keyptaununun yaxınlığında yerləşən Cənubi Afrikanın ən böyük və sürətlə inkişaf edən icması olan Xayelitşa kimi Afrika rayonlarında geniş yayılıb.

Son illərdə bütün dünyada vərəmin dərmana müqavimət göstərən bir növü yayılıb və bu, ictimai sağlamlığa böyük təhlükə yaradır. Bu vərəm növləri çox vaxt aşkar olunmur və bütün əhaliyə yayılır.

“Məsələn Cənubi Arikada vərəm ən geniş yayılmış ölüm səbəbidir və bu xəstəlik artıq idarəolunmayacaq həddə çatıb", Dr. Dheda deyir.

Amma hələ ki, bir ümid var. Bu da çox az sayda yeni dərmanların istehsal olunmasıdır.

Dr. Dehda: "Son 40-50 ildə ilk dəfə olaraq bizim əlimizdə iki dərman var. Birinin adı bedakilindir. Bu dərman artıq Cənubi Afrikada qeydiyyata alınıb və dərmana davamlı vərəmə yoluxan xəstələri müalicə etmək üçün istifadə oluna bilər. Bir digəri isə delamaniddir. O hələ ki, Cənubi Afrikada lisenziya almayıb, amma başqa ölkələrdə istifadə olunur.”

The Lancet tibb jurnalında dərc olunan yeni hesabatda Dheda və digər həm-müəlliflər xəbərdarlıq edir ki, düzgün qaydada istifadə edilməsə bu yeni dərmanlar təsirini itirə bilər.

Biz strategiyamızı dəyişməliyik. Biz insanlar arasında bu cür halları tapmalıyıq. Daha sonra isə vərəmin əsas səbəblərini araşdırmalıyıq ki, bu səbəblərə yoxsulluq, sıxlıq, qida çatışmazlığı, alkoqolizm, siqarət çəkmək və biokütlə yanacağına məruz qalmaq kimi problemlər daxildir.

“Biz strategiyamızı dəyişməliyik. Biz insanlar arasında bu cür halları tapmalıyıq. Daha sonra isə vərəmin əsas səbəblərini araşdırmalıyıq ki, bu səbəblərə yoxsulluq, sıxlıq, qida çatışmazlığı, alkoqolizm, siqarət çəkmək və biokütlə yanacağına məruz qalmaq kimi problemlər daxildir," deyə Dr. Dheda bildirir.

Hesabatın müəllifləri deyir ki, dərmanlara davamlı yeni vərəm növlərinin yaranmasının qarşısını almaq məqsədilə yeni dərmanlar xəstələrə individual bir şəkildə aydın doza qaydaları ilə verilməlidir.

XS
SM
MD
LG