Accessibility links

Yaponiya rəsmilərinin bildirdiyinə görə, ölkənin şərqində yerləşən xizək kurortunda baş verən qar uçqunu nəticəsində səkkiz orta məktəb şagirdinin öldüyü təxmin edilir.

Digər üç şagird xəsarət alıb, ən azı bir müəllim isə itkin düşüb. Yaponiya rəsmiləri şagirdlərin bazar ertəsi səhər radələrində Tokionun 175 kilometr şimalında yerləşən Nasu şəhərində dağa çıxdıqlarını bildirib. Togiçi prefekturasının dövlət orqanlarının verdiyi məlumata görə, dağ gəzintisində yeddi məktəbdən 50 şagird və 10 müəllimin iştirak edib.

XS
SM
MD
LG