Accessibility links

Tillerson NATO müttəfiqlərinə: Müdafiə xərclərinizi artırın!


ABŞ Dövlət Katibi Reks Tillerson cümə günü Brüsseldə NATO tərəfdaşları ilə görüşdə alyans üzvlərinin müdafiə xərclərini artırmalı olduqlarını vurğulayıb.

Baş ABŞ diplomatı alyans xarici işlər nazirlərinə deyib ki, onların ölkələri İraq və Suriya kimi yerlərdə NATO-nun öz missiyasını yerinə yetirməsi üçün "bütün" o cümlədən “maliyyə və digər resurslarını” səfərbər etməyə hazır olmalıdır.

Ələlxüsus Rusiyanın Ukraynadakı təcavüzünə gəldikdə biz NATO-nun Avropadakı mövqeyi ilə bağlı müzakirələr aparmalıyıq.

Tillerson Rusiyanın Ukraynadakı təcavüzünə reaksiya verərkən Tramp administrasiyasının əvvəlki tonundan daha sərt ton sərgiləyib.

“Ələlxüsus Rusiyanın Ukraynadakı təcavüzünə gəldikdə, biz NATO-nun Avropadakı mövqeyi ilə bağlı müzakirələr aparmalıyıq,” o bildirib.

Cümə günü Londonda britaniyalı həmkarı ilə görüşən ABŞ Müdafiə Naziri Cim Mattis də Rusiya ilə bağlı narahatlığını dilə gətirib. Mətbuat konfransında o, Rusiyanın Əfqanıstanda Taliban döyüşçüləri ilə təmasda olduğunu söyləyib.

“Biz Rusiyanın Talibanla fəaliyyətini görmüşük,” Mattis bəyan edib.

Cim Mattis
Cim Mattis

Nazir habelə Şimali Koryeanın nüvə silahları və raket proqramları ilə əlaqədar “məsuliyyətsiz” hərəkətlərindən narazılğını bildirib.

Dövlət Katibi Tillerson Brüsselə Türkiyəyə səfərin ardınca gəlib. Ankarada o, türk rəsmiləri ilə terrora qarşı əməkdaşlığı müzakirə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG