Accessibility links

BMT-nin baş katibi daşğınlara məruz qalan Pakistana səfər edib


BMT-nin baş katibi daşğınlara məruz qalan Pakistana səfər edib

BMT-nin baş katibi daşğınlara məruz qalan Pakistana səfər edib

Ban Ki Mun bu gün Pakistan liderləri ilə görüşlər keçirir

BMT-nin baş katibi daşğınlara məruz qalan Pakistana səfər edib. Ban Ki Mun İslamabadda dünya ictimaiyyətini Pakistan xalqına təcili yardım göstərməyə çağırıb. BMT-nin bildirdiyinə görə, təcili yardım üçün müraciət edilən 460 milyon dollarlıq vəsaitin yalnız 20 faizi əldə edilib. Ban Ki Mun bu gün Pakistan liderləri ilə görüşlər keçirir və daşqınlara məruz qlan bölgələrə səfər edir. Pakistanın baş naziri Yusif Reza Gilani şiddətli yağışların səbəb olduğu ərazilərdə 20 milyon insanın fəlakətə məruz qaldığını bildirib. 6 milyon insanın humanitar yardıma ehtiyacı var. Svat vilayətində artıq ilk vəba xəstəsi qeydə alınıb. Digər öldürücü xəstəliklərin yayılma təhlükəsi mövcuddur. Pakistan rəsmilərinin bildirdiyinə görə, daşğınlar 1600 insanın ölümünə səbəb olub.

XS
SM
MD
LG