Accessibility links

Rusiyada dənli məhsulların ixracına qoyulan qadağa qüvvəyə minir


Bu il cəmi 60 milyon ton məhsulun idxalına icazə veriləcək

Bu gün Rusiyada dənli məhsulların ixracına qoyulan qadağa qüvvəyə minir. Hökumət bununla quru hava şəraitinin səbəb olduğu qiymət artımına nəzarət etməyə çalışır. Bu qərar Rusiyanın baş naziri Vladimir Putin tərəfindən cari ayın əvvəlində elan edilmişdi. Cənab Putin cəmi 60 milyon ton məhsulun idxalına icazə veriləcəyini bildirib. 2009-cu ildə bu göstərici 97 milyon ton təşkil etmişdi. Rusiyanın 79 milyon tonluq daxili tələbatı 10 milyon ton dövlət fondundan və ötən ildən qalan 20 milyon ton məhsulla qarşılanacaq. Dənli məhsulların ixracına qoyulan qadağa ilin sonunadək qüvvədə qalacaq. Dünyanın üçüncü ən böyük buğda istehsalçısı Rusiyanın bu qərarı qiymətlərin artacağına dair narahatlıqlara səbəb olub.

XS
SM
MD
LG