Accessibility links

Pakistanın Sukkur regionunda qəzəbli daşqın qurbanları əsas magistral yolunu bağlayıblar


Etiraza humanitar yardımların yavaş daşınması yol açıb

Bu gün Pakistanın Sukkur regionunda qəzəbli daşqın qurbanları əsas magistral yolunu bağlayıblar. Etiraza humanitar yardımların yavaş daşınması yol açıb.Pakistan rəsmiləri isə bu həftə İndus çayının daşması ilə yeni sel dalğasının yaranacağı barədə xəbərdarlıq veriblər.

Dünən BMT-nin baş katibi daşğınlara məruz qalan Pakistana səfər edib. Ban Ki Mun İslamabadda dünya ictimaiyyətini Pakistan xalqına təcili yardım göstərməyə çağırıb.Ban Ki Mun Pakistan liderləri ilə görüşlər keçirib və daşqınlara məruz qalan bölgələrə səfər edib.BMT-nin bildirdiyinə görə, təcili yardım üçün müraciət edilən 460 milyon dollarlıq vəsaitin yalnız 20 faizi əldə edilib.

XS
SM
MD
LG