Accessibility links

ABŞ və Cənubi Koreya bu gün birgə hərbi təlimlərə başlayıb


10 günlük təlimlər avqust ayının 26-dək davam etməlidir

ABŞ və Cənubi Koreya regionda təcavüzə yol verilməməsi məqsədi ilə bu gün birgə hərbi təlimlərə başlayıb. Ulçi Azadlıq Qvardiyasının müharibə oyunlarında 30000 nəfərlik Amerika qüvvəsi və 56000 Cənubi Koreya əsgəri iştirak edir.Təlimlər Seulun Şimalla həmsərhəd mübahisəli qərb sahillərində keçirdiyi sualtı qayıqlara qarşı manevrlərdən bir həftə sonra keçirilir. 10 günlük təlimlər avqust ayının 26-dək davam etməlidir. Cənubi Koreya prezidenti Li Myanq bak təlimləri “sülh və qorxutma” adlandırıb. Ötən ay ABŞ və Cənubi Koreya Cənubun gəmisi batırılan Yapon dənizində birgə təlimlər keçirmişdi.

XS
SM
MD
LG