Accessibility links

NASA bu ili son 131 il ərzində Yer kürəsinin ən isti ili elan edib


Rusiyada isti hava şəraiti, Pakistanda daşğınlar,Çində torpaq sürüşmələrindən sonra alimlər Yer kürəsinin qızması ilə ekstrimal hava şəraitinin ağırlaşacağını təxmin edir

Amerikanın fəza agentliyi-NASA bu ili son 131 il ərzində Yer kürəsinin ən isti ili elan edib. Amerikanın Milli Vəhşi Təbiət Federasiyasının son araşdırmalarının nəticələri göstərir ki, ekstrimal istilik 2050-ci ildək normaya düşəcək. Təşkilat planetin istiləşməsi ilə quraqlıqlar və yağmurların artcağını proqnozlaşdırır. Lakin alimlərin heç də hamısı qlobal istiləşmənın tədirləri ilə razılaşmır.

Rusiyada isti hava şəraiti, Pakistanda daşğınlar,Çində torpaq sürüşmələrindən sonra alimlər Yer kürəsinin qızması ilə ekstrimal hava şəraitinin ağırlaşacağını təxmin edir.

Amerikanın Milli Vəhşi Təbiət Federasiyasının əməkdaşı Amanda Staudtun dediyinə görə, planetin istiləşməsi ilə atmosferdə əlavə su toplanır və bu,fəlakətə səbəb olan şiddətli yağışlarla müşayiət edilir.

İqlim üzrə alim Amerikada 2010-cu il isti hava şəraiti ilə bağlı hesabatın həm-müəllifidir. Onun müşahidələrinə görə, Amerikanın şərq sahillərindəki şəhərlərdə yüksək temperatur bu il iki dəfə normadan artıq olub. Lakin xanım Staudt vəziyyətin normallaşacağını düşünür. Onun dediyinə görə, 2050-ci ildə qlobal istiləşməyə yol açan qaz tullantılarının artmasına baxmayaraq, 2010-cu ilin normal hesab ediləcəyi faktı təəccüb doğurur.

Alimlərin fikrincə atmosferdə karbon dioksidin artması istiliyin saxlanmasına yol açır. Bu isə öz növbəsində qlobal istiləşməyə gətirib çıxarır.

Lakin iqlimşünas Patrik Maykls problemin şişirdildiyini bildirir.

Karbon dioksidsiz belə şəhərlədə istiləşmə müşahidə ediləcək.

Patrik Mayklsın dedildiyinə görə, şəhərlərdə beton və kərpiçlər karbon dioksiddən daha çox istiliyi saxlayır. O, isti hava şəraitinə La Ninia adlandırılan hava siklonunun yol açdığını deyir.Amanda Staudt uzunmüddətli isti hava şəraitinin bir sıra sağlamlıq problemlərinə səbəb olacağını bildirir. O, bunun həm də ərzaq qıtlığına yol açacağını təxmin edir.Xanım Staudt vəziyyətdən çıxışı enerjinin digər mənbələrinə üz tutulmasında görür.

Biz kömür, neft və qaz kimi fossil yanacaqlardansa, günəş və külək enerjisindən istifadə etməyə başlamalıyıq.

Lakin Patrik Maykls buna reallıq kimi baxmır.“

Günəş enerjisi əlverşli deyil. Külək isə heç vaxt kifayət qədər enerji ilə təmin edə bilməz.”

Alimin fikrincə insanlar həmişə ətraf mühitə uyğunlaşıb və proses davam edəcək.

Alimlər bir şeylı də razılaşır ki, bu da şəhərlərin böyüməsi, daha artıq binalar və yolların inşası ilə istiləşmə prosesinin artmasıdır.

XS
SM
MD
LG