Accessibility links

Azərbaycan bankı ABŞ-ın Belarus şirkətlərinə sanksiyası ilə bağlı xəbərdarlıq edib


Azərbaycan bankı ABŞ-ın Belarus şirkətlərinə sanksiyası ilə bağlı xəbərdarlıq edib

Azərbaycan bankı ABŞ-ın Belarus şirkətlərinə sanksiyası ilə bağlı xəbərdarlıq edib

Bunlar gübrə istehsalçısı “Qrodno Azot” zavodu, avtomobil şinləri istehsal edən “Belşina” ASC, “Naftan” neft emalı zavodu və lif istehsalçısı “Qrodno Ximvolokno” ASC-dir.

Azərbaycan bankı ABŞ-ın Belarus dövlət mülkiyyətində olan dörd şirkətinə qarşı iqtisadi sanksiyaları ilə bağlı müştərilərini diqqətli olmağa çağırıb.
APA Agentliyinin məlumatına görə, «KapitalBank» ASC-nin filiallarında yapışdırılmış elanlarda iqtisadi sanksiya tətbiq olunan şirkətlərin adları da sadalanıb. Bunlar gübrə istehsalçısı “Qrodno Azot” zavodu, avtomobil şinləri istehsal edən “Belşina” ASC, “Naftan” neft emalı zavodu və lif istehsalçısı “Qrodno Ximvolokno” ASC-dir. Bank işçiləri və müştərilər bu şirkətlərlə əlaqə qurarkən iqtisadi sanksiyaların tətbiqini nəzərə almalıdırlar.
Qeyd edək ki, ABŞ bu il avqustun 11-də adıçəkilən şirkətlərə qarşı sanksiya tətbiq edib. sanksiyaya əsasən, bundan sonra amerikalılar adıçəkilən müəssisələrlə işbirliyi qura bilməzlər. Dövlət Departamentinin bəyanatında deyilib ki, yeni sanksiyalar Belarusda davam edən siyasi repressiyalara cavabdır.
Azərbaycan Mərkəzi Bankından (AMB) APA-ya bildirilib ki, bu məsələ ilə bağlı AMB-in heç bir qərarı olmadığından, ölkə banklarına heç bir xəbərdarlıq və ya göstəriş göndərilməyib.
Bu məsələ ilə bağlı «KapitalBank» da öz mövqeyini açıqlayıb. Açıqlamada bildirilir ki, müştərilərini mümkün risklərdən qorumaq hər bir bankın vəzifəsidir: “Bu baxımdan xarici ölkələrin hansısa şirkətlərinə qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar və digər bu kimi məsələlər haqqında dövlət qurumlarının rəsmi məlumatları bankların cari fəaliyyətində nəzərə alınır. «Kapital Bank»ın filialında müştərilərin diqqətinə çatdırılan xəbərdarlıq da qanuna müvafiq qaydada banka daxil olmuş rəsmi məlumata əsaslanır və bu, bankın müştərilərinin maraqlarının qorunmasına xidmət edir».

XS
SM
MD
LG