Accessibility links

Qeyri-sabit hava şəraiti yanvarın sonunadək davam edəcək, şaxtalar olacaq, qar yağacaq.

Azərbaycanda soyuq, qarlı və küləkli hava şəraiti hökm sürür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti əhalini təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib.
Departamentin məlumatına görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti yanvarın sonunadək davam edəcək, şaxtalar olacaq, fasilələrlə yağıntı olacaq, qar yağacaq. Yanvarın 28-i, 29-na keçən gecə bəzi yerlərdə intensiv və güclü qar olacağı ehtimalı var. Gözlənilən kəskin hava şəraiti ilə əlaqədar yollar buz ağlayacaqdır.
Yanvarın 27-si axşam, 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcək, qar bəzi yerlərdə intensivləşəcək, çovğun olacaq. Havanın minimal temperaturu 1-5° şaxta təşkil edəcək. Gözlənilən şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir. Yanvarın 29-u günün ikinci yarısından 30-u gündüzədək yağıntılarda gözlənilən qısa fasiləyə baxmayaraq şaxtalı hava şəraiti davam edəcək.
Rayonlarda da hava şaxtalı və qarlı olacaq.
Dağlıq rayonlarda 18 dərəcəyədək, yüksək dağlıq ərazilərdə isə havanın minimal temperaturu 25 dərəcə şaxta olacaq.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən yaxın bir neçə gündə ehtiyatlı və diqqətli olmağı, hərəkət sürətini yol şəraitinə və meteoroloji şəraitə uyğun seçmələrini xahiş edir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Amerikanın Səsi radiosuna bildirib ki, hazırda ölkənin avtomobil yollarının əksəriyyətində buzlaşma var. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Muğanlı-İsmayıllı yolunun və Ağsu aşırımının əksər hissəsi buzlaşıb.

XS
SM
MD
LG