Accessibility links

ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək


ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək
ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək

Müharibə oyunlarında 30000 nəfərlik Amerika qüvvəsi və 56000 Cənubi Koreya əsgəri iştirak edəcək

ABŞ və Cənubi Koreya regionda təcavüzə yol verilməməsi məqsədi ilə birgə hərbi təlimlər keçirəcək. Ulçi Azadlıq Qvardiyasının müharibə oyunlarında 30000 nəfərlik Amerika qüvvəsi və 56000 Cənubi Koreya əsgəri iştirak edəcək. 10 günlük təlimlər sabah başlayıb, avqust ayının 26-dək davam etməlidir. Təlimlər Seulun Şimalla həmsərhəd mübahisəli qərb sahillərində keçirdiyi sualtı qayıqlara qarşı manevrlərdən bir həftə sonra keçiriləcək. Ötən ay ABŞ və Cənubi Koreya Cənubun gəmisi batırılan Yapon dənizində birgə təlimlər keçirmişdi. İstintaqın nəticələri gəminin Şimali Koreya tərəfindən vurulduğunu göstərmişdi.

XS
SM
MD
LG