Accessibility links

C.Buş Böyük Britaniyanın baş nazirini qəbul edib


ABŞ prezidenti Corc Buş və Böyük Britaniyanın baş naziri Toni Bleyer İraqdakı demokraik inkişafları alışlayaraq, ölkədə hökm sürən təriqət zorakılıqlarına son qoyulmasına çağırıb. Ağ Ev görüşləri zamanı liderlər Amerika və Britaniya qüvvələrinin yeni hökumətin tam idarəçiliyi əlinə alanadək İraqda saxlanılacağını deyiblər. Görüşdən sonra təşkil edilən mətbuat konfransında prezident Buş deyib ki, İraqın yaranmaqda olan demokratiyasının Amerika Birləşmiş Ştatları və beynəxlaq ictimaiyyətin dəstəyinə ehtiyacı var. ABŞ prezidenti Corc Buş İraqda qan axıdılmasının davam etməsinin Amerikada dəhşət doğurduğunu deyib. O, ABŞ qüvvələrinin İraqın Əbu Greyb məhbəsində yol verdiyi qanunsuzluqlara görə təəssüfünü bildirib. Corc Buş 2003-cü il İraqın işğalının mübahisələrə səbəb olsa da, doğru addım olduğunu deyib. Prezident “islam faşistləri” adlandırdığı terrorist və yaraqlı qruplaşmalara İraqdan azad dünyaya qarşı hücumlar üçün istifadə etmələrinə yol verilməyəcəyini bildirib. Böyük Britaniyanın baş katibi Toni Bleyer İraqın yeni liderləri ilə danışqıları zamanı onların heç birinin koalisya qüvvələrinin geri çəkilməsinə çağırmadığını bildirib. Baş nazir dünya ictimaiyyətini İraqın yeni hökumətinə arxa olmağa çağırıb. O deyib ki, indi Sədadm Hüseynin devrilməsi və İraqın müdaxiləsi məsələlərini kənara qoyub, İraqın gələcəyi haqda danışmaq vaxtıdır. İranın nüvə proqramı ilə bağlı sualları cavablandırarkən prezident Buş İranın beynəxlaq ictimaiyyət qarşısında öz mövqeyini dəyişməli, həvəsləndirici təklifləri nəzərdən keçirməli olduğunu bildirib. Britaniyanın baş naziri Toni Bleyer isə bildirib ki, İran xalqı beynəlxalq öhdəliklərə əməl edən bir hökumətə layiqdir.
XS
SM
MD
LG