Accessibility links

BMT quş qripnin Türkiyədən başqa ölkələrə yayıla biləcəyi barədə xəbərdarlıq edir


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı xəbərdarlıq edir ki, götürülən ölçülərə baxmayaraq quş qripi Türkiyədən başqa ölkələrə yayıla bilər. BMT agentliyinin heyvandarlıq üzrə baş eksperti deyir ki, əgər sərt karantin tədbirləri görülməsə, onda daha çox sayda insan virus hücumuna məruz qala bilər. Çərşpənbə axşamı Türkiyə səhiyyə rəmsiləri 15-ci yeni quş qripi halını təsdiq ediblər. Bu siyahıya ötən həftə ölmüş iki uşaq da daxildir.

Bu arada Dünya Səhiyyə Təşkilatı Çində əlavə iki adamın virusdan vəfat etdiyini bildirir. Təşkilatın məlumatına əsasən bütün dünya boyu quş qripindən ölənlərin rəsmi sayı 78-ə çatıb. Türkiyəni çıxmaq şərtilə bütün ölüm halları Şərqi Asiyada baş verib.

XS
SM
MD
LG