Accessibility links

Prezident Buş Konqresi təcili işə çağırıb


Prezident Buş ölkədaxili prioritetlər üzərində yenidən işləmək üçün Konqresi işə çağırıb. Bu gün etdiyi həftəlik radiomüraciətində cənab Buş Senatı təcili olaraq Nümayəndələr Palatasından nümunə götürməyə və yeni enerji planını qəbul etməyə çağırıb. Cənab Buşun enerji planı ilə razı olmayanlar isə onu Arktika ərazisində qazıntı işləri aparmaq və qlobal istiləşmənin qarşısını almamaqda tənqid edirlər. Cənab Buş eləcə də qanunvericiləri təcili olaraq onun təqaüdçülərin pensiya ilə əlaqədar planını təsdiq etməyə çağırmışdır. Bunlarla yanaşı cənab Buş qanunvericiləri onun büdcə planını da təsdiq etməyə çağırmış və bunun dərman almaqda yaşlı amerikalılara köməyi dəyəcəyini vurğulamışdır.

XS
SM
MD
LG