Accessibility links

İranda təkrar seçkilərin keçiriləcəyi bildirilib.


İranın Daxili İşlər Nazirliyi bildirir ki, sabiq prezident Əli Əkbər Haşime Rəfsəncani və Tehranın meri mühafizəkar Mahmud Əhmədinicat gələn Cümə keçiriləcək prezident seçkilərinin ikinci turunda iştirak edəcəklər. Dünənki seçkilərin nəticələri göstərir ki, cənab Rəfsəncani seçicilərin 21 və cənab Əhmədnicat isə 19 faiz səsini əldə edib. Bundan əvvəl islahatçı ruhani Mehdi Karrubi seçkilərin nəticələrilə razılaşmadığını bildirmişdi. Seçki komisiyası onun 18 faiz səslə üçüncü yeri tutduğunu elan etmişdi. Cənab Rəfsəncani seçki kampaniyasında prezident seçildiyi təqdirdə, ölkəsilə qərb dövlətlər arasındakı münasibmətləri yaxınlaşdıracağına vəd vermişdi. Cənab Əhmədnicatın isə İranın mühafizəkar liderlərilə yaxınsdan əlaqəsi var. Ali dini rəhbər ayatullah Əli Xamenei seçkiləri alqışlayaraq deyib ki, seçkilərdə seçicilərin fəal iştirakı prezident Buşun tənqidinə əhəmiyyət verməmələrilə bağlıdır.
XS
SM
MD
LG