Accessibility links

Estoniya parlamenti, Rusiya ilə sərhədlər barədə razılığı təsdiq edib


Estoniya parlamenti, Rusiya ilə sərhədlər barədə çoxdan qözlənilən və iki ölkənin xarici işlər nazirlərinin bir ay əvvəl imzaladığı razılığı təsdiq edib. Qanunvericilər sənədi lehinə 78, əlehinə 4 və 19 bitərəf nəticə ilə qəbul edib. Rusiya hələlik bu sənədi təsdiq eləməyib. Rusiya və Estoniya arasında sərhədlər 1920-ci ilin paktı əsasında müəyyənləşdirilib. İkinci dünya müharibəsi zamanı Sovet qüvvələri Estoniyanın sərhədlərini pozaraq ərazisinin bir qismini 1991-ci ildə Sovet ittifaqı dağılana qədər işqal etmişdi.
XS
SM
MD
LG