Accessibility links

Prezident Corc Buş və Pakistan Prezidenti Pərviz Müşərrəf telefon söhbəti etdilər


Bu gün, ABŞ Prezidenti Corc Buş və Pakistan Prezidenti Pərviz Müşərrəf telefon söhbətində terrorizmə qarşı müharibəni müzakirə etmişlər. Ağ Evin nümayəndəsi Skot MakKlellan bildirib ki, onlar söhbət zamanı Birləşmiş Millətlər Təşkilatında islahat, bölgədə inkişaf, Əfqanistanda irəliləyiş və İndia-Pakistan əlaqələri kimi movzulara da toxunmuşlar. Cənab MakKlellan, Cənab Buş və Cənab Müşərrəfin əl-Qaida təşkilatının lideri Osama bin Ladenin harada olmasını müzakirə etmələri barədə yayılan məlumatı təstiqləməmişdir. Prezidentlərin telefon bağlantısı Mərkəzi Kəşfiyyat Agentliyin direktoru Porter Qrosun jurnal müsahibəsindən sonra baş vermişdir. Həmin müsahibədə cənab Qross, Osama bin Ladenin harada olması haqqında “gözəl məlumat”a malik olduğunu demişdi.
XS
SM
MD
LG