Accessibility links

Bu gün İranda ikinci tur prezident seçkiləri keçirilir


Cənab Əli Əkbər Haşime Rəfsəncani Tehrada səs verərkən etdiyi çıxışında deyib ki, prezident seçildiyi təqdirdə ekstremizmə qarşı mübarizə aparacaq. Mötədil ruhani Rəfsəncanı həmçinin Qərb ilə əlaqələrinin yaxşılaşdıracağına və ölkədə sosial və siyasi islahatların aparacağına söz verib. Onun rəqibi Tehranın meri Mahmud Əhmədinicad isə Tehranda səs verərkən söyləyib ki, Qərbin tənqidlərinə baxmayaraq ölkəsinin nüvə programını davam etdirəcək. İnqilab qvardiyasının veteranı Əhmədnicad bildirib ki, prezident seçildiyi təqdirdə yoxsulluğa və korrupsiyaya qarşı mübarizə aparacaq və ölkənin zəngin neftdən əldə edilən qazadan xalqın faydalanmasına çalışacaq. Cənab Rəfsəncanini dəstəkləyənlər Tehranın cənub bölgəsindəki Nəbi Məscidində toplaşmışlar. Bu günkü seçkilər yoxsullar ilə varlılar və göhnə ilə yeni nəsil siyasətçiləri arasındakı fərqi nümayiş etdirir. Cənab Rəfsəncani prezident seçkilərinin birinci turunda çox səs əldə etmişdi. Lakin bu ona prezident seçilməsi üçün kafi olmadığına görə, İslam inqilabının qələbə çalmasından bəri ilk dəfə keçirilən ikinci tur seçkilərdə iştirak edir. 70 yaşlı cənab Rəfsəncani hökumətini liberallaşdıracağına söz verir. Tehranın cənubunda yaşayan seçicilərini isə iş daha çox maraqlandırır. Tehran universitetinin tələbələri isə deyirlər ki, cənab Əhmədnicadın ölkəni demokratik islahatlardan geri döndərəcəyini nəzərə alaraq, onlar cənab Rəfsəncanini xoşlamasalar da ona səs verəcəklər. Səsvermənin rəsmi nəticələri sabah bilinəcək.

XS
SM
MD
LG