Accessibility links

İraqın Mosul şəhərində azı 15 nəfər həlak olub


İraqın Mosul şəhərində üç intiharçının hücumu nəticəsində azı 15 nəfər həlak olub, onlarla adam bədən xəsarəti alıb. Mosulun polis məntəqəsi, İraq hərbi qüvvələrinin bazası və şəhər xəstəxanası intiharçıların hücumlarına məruz qalıb. Polis məntəqəsinin yaxınlığında yük maşınında yerləşdirilmiş bomba partlayışı nəticəsində 7 adam həlak olub. Bundan bir az sonra, digər bir intiharçı maşını Mosul hərbi qüvvələrinin yaxınlığında saxlayaraq, onu partlatmışdır. İraqda zorakılıqların artırılması barədə Birləşmiş Ştatların Müdafiə Naziri Donald Rumsfelddən soruşan vaxt o, deyib ki, İraqın yeni hökuməti əsas qanun üzərində işləyən bir vaxtda terrorçuların hücumları da çoxalacağı gözlənilir. Cənab Rumsfeld bu bəyanatı Foks Televiziyasına bu gün verdiyi müsahibəsində söyləyib. Bu arada Bağdadda silahlı bir şəxs İraq polisinin yüksək rütbəli zabitini qətlə yetirib. Minomyot mərmisinin evə dəyməsi nəticəsində bir qadın və iki uşaq həlak olub. Bu arada Birləşmiş Ştatların rəsmiləri deyirlər ki, yol kənarında yerləşdirilən mina partlayışı nəticəsində bir Amerika əsgəri həlak olmuş iki əsgər isə yaralanmışdır.
XS
SM
MD
LG