Accessibility links

BMT-nin qaçqınlar agentliyi 450 özbəyə sığınacaq verilməsini tələb edir


BMT-nin qaçqınlar agentliyi qərb hökumətlərindən Qırğızıstanda təzyiqlərə məruz qalan 450 özbəyə sığınacaq verilməsini tələb edir. Agentliyin Hollandiya, İrlandiya, ABŞ, Kanada, Avstraliya və yeni Zelandiya nümayəndələrinin iştirak etdiyi Cenevrə görüşündə bildirilib ki, sığınacaq axtaranların yerləşdirilməsi hökumətlərlə razılıq əldə edildikdən sonra mümkün olacaq. Qaçqınlar üzrə ali komissarın bu yaxınlarda Qırğızıstana səfər edən müavini Kamel Mojanenin bildirdiyinə görə, qırğız hökumətinin Özbəkistana təhvil vermək istədiyi özbəkləri o ölkədə işgəncələr gözləyir.
XS
SM
MD
LG