Accessibility links

Şimali Amerika İslam Cəmiyyəti növbəti konfransını keçirir


Amerikanın Səsinin müxbiri Qreq Flakus Dallasdan bildirir ki, konfransın təşkilatçılarının məqsədi etiqadlar arasında anlaşma yaratmaqdan ibarətdir. Dünən konfransın ilk günü yüzlərlə müsəlman şəhər mehmanxanalarından birinin zalında toplaşmışdılar. Kişilər və qadınların ayrı-ayrı oturduğu zalda müsəlman ruhanisi bütün dindarları qeyri-müsəlman qonşularına mərhəmət göstərməyə çağırmışdır. Müsəlman liderlərin qeyd etdiyi kimi, hər üç dinin kökü eyni olduğu üçün bu kimi çağırışlar xristian və ya yahudi mərasimlərində də səslənə bilər. Bəzi qeyri-müsəlmanların İslam dinini ekzotik bir din hesab etmələrinə baxmayaraq, bu üç din Allaha xidmət edir. “İslamı qonşularınızla bölüşün” adı altında təşkil edilən bu konfransın təşkilatçılarının bildirdiyinə görə məqsəd insanları bu dinə cəlb etmək deyil. Şimali Amerika Islam Cəmiyyətinin baş katibi Səyyid Məhəmməd Seyid deyir ki, hal-hazırda Birləşmiş Ştatlarda 8 milyondan 10 milyona qədər müsəlman yaşayır və onlar amerikalılara İslamı izah etməyə çalışırlar. Cənab Seyidin dediyinə dörə, İslamın dominantlıq etdiyi ölkələrdə yaşayanlarla anlaşma əldə edilməsinə də islama etiqad edən amerikalılar cavabdehdir.
XS
SM
MD
LG