Accessibility links

Çin prezidenti rəsmi səfərlə Qazaxıstandadır


Çin prezidenti Hu Çintao üç günlük rəsmi səfərlə Qazaxıstandadır. O, səfəri zamanı Qazaxıstanın rəsmilərilə müzakirələr keçirəcək və Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak edəcək. Cənab Hu Qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə paytaxt Astanada ikitərəfli münasibətlərin möhkləmləndirilməsi, regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparacaq. İki qonşu ölkənin ticarət, enerji, nəqliyyat və sərhəd əməkdaşlığı haqqında müqavilələr bağlayacağı gözlənilir. Cənab Hunun çərşənbə axşamı yığıncağında iştirak edəcəyi Şanxay Əməkdaşlıq Təşkilatına Çin, Qazaxıstan, Qırğızstan, Özbəkistan, Rusiya və Tacikistan daxildir.

XS
SM
MD
LG