Accessibility links

abc


Sənayesi inkişaf etmiş yeddi ölkə və Rusiyanın liderlərinin görüşü Şotlandiyada Edinburg yaxınlığında kurort şəhərciyində keçirilir. Sammitin gündəliyində əsas məsələ Afrikaya beynəlxalq yardım olacaq. Stirling şəhərində Səkkizlər qrupunun sammitinə etiraz olaraq keçirilən nümayişlər zamanı 60 nəfərin nəzarət altına alındığı bildirilir. Nümayişçilər mağazalrın pəncərələrini sınırmış, polisi daşa basmışlar. Minlərlə nümayişçicininsə ciddi təhlükəsizlik tədbirlərinin görüldüyü şəhərə tərəf hərəkət etdiyi bildirilir.

XS
SM
MD
LG