Accessibility links

Misirli tələbənin London hücumlarında əli varmı?


Misrin səlahiyyətli nümayəndələri misirli tələbənin Londonda baş verən bomba hücumunda əli olduğunu, lakin onun Əl Qaida ilə heç bir əlaqəsi olmadığını deyirlər. Britaniya polisinin bildirdiyinə görə, cümə axşamı Qahirədə həbs olunan Maqdi Əl Naşarın keçən həftə partladılan bombanın hazırlandığı evlə əlaqəsi olub. 35 yaşlı Maqdi El Naşarın ailəsi və dostları onun günahkar olmadığını deyirlər. Əl Naşar özü də Qahirəyə getməmişdən əvvəl ona məxsus olan əşyaları həmin evdə qoyduğunu və tətildən sonra oraya qayıtmaq istədiyini deyib. Əl Naşarın İngiltərədəki təhsilinə sponsorluq edən Misrin Milli Araşdırma Mərkəzinin bildirdiyinə görə, ona İngiltərədə təhsilini davam etdirmək üçün bu yaxınlarda təqaüd verilmişdi. Misrin daxili işlər nazirinin bugünkü Cumhuriyyə qəzetindəki çıxışında bildirilir ki, Əl Naşarın Əl Qaida terror qrupu ilə heç bir əlaqəsi yoxdur. Hərbi Qüvvələr üçün Strateji Mərkəzin keçmiş direktoru General Hossam Sovellem deyib ki, Əl Naşarın London hücumlarında əli olduğunu təsdiq edən heç nə olmadığı üçün Misrin səlahiyyətli nümayəndələri onun istintaqına ehtiyatla yanaşırlar. Britaniya rəsmiləri Əl Naşarın Britaniyaya təhvil verilməsini xahiş etməzdən əvvəl bu məsələ ilə əlaqədar yaxın vaxtlarda Qahirəyə getmək fikrindədirlər. Əl Naşar Qahirə Universitetinin Kimya fakültəsini bitirərək bakalavr və magistr dərəsi almış, 2000-ci ildə doktorluq dərəcəsi almaq üçün İngiltərənin Liids universitetinə qəbul olmuşdur. O, eləcə də Birləşmiş Ştatların Şimali Karolina ştatındakı universitetdə də təhsil alıb. Bir neçə həftə idi ki, o ailəsi ilə birlikdə Qahirənin aşağı sinifli məhəlləsində yaşayırdı. Yaşadığı binanın qonşuları və onun dostları Əl Naşarı sakit və elmlə məşğul olan bir gənc kimi tanıdıqlarını deyirlər. Onların dediyinə görə Əl Naşar heç vaxt ekstremist dindar təsiri bağışlamayıb.
XS
SM
MD
LG