Accessibility links

Özbəkistan məhkəməsi yeddi müsəlman qadınını azadlıqdan məhrum etdi


Özbəkistan məhkəməsi yeddi müsəlman qadınını dini ekstremizmda günahlandıraraq 5 ildən 8 ilə qədər azadlıqdan məhkum etmişdir. Özbək İnsan Hüquqları fəalı Sürət İkramovun dediyinə görə, bağlı qapılar arxasında keçən bu məhkəmə prossesual qanun pozuntuları və haqqsızlıqlarla keçmişdir. Cənab İkramov, məhkəmə zamanı ittiham olunanların təqsirinin sübut olunmamasını bildirmişdir. Özbəkistanın avtoritar höküməti insan hüquqlarının taptalanması və dissident müsəlmanların üzərinə göstərilən təzyiqə görə tənqid olunmuşdur. Beynəlxalq insan hüquqları təşkilatlarının xəbər verdiyinə görə, Özbəkistanda 6 min siyasi və dini məhbus var və hal hazırda həbsxanalarda işkəncə adi hala çevrilmişdir.
XS
SM
MD
LG