Accessibility links

Ali Məhkəməyə ilk nominasiya açıqlandı


Ali Məhkəməyə ilk nominasiyasını edən prezident Buş namizədin adını milli televiziya vasitəsilə canlı yayım zamanı açıqladı. Con Roberts Ağ Evin bildirdiyi kimi, uzun namizədlər siyasından, prezidentin namizədliyini nəzərdən keçirdyi 11 nəfər və namizədin adının açılmasından əvvəl söhbət etdiyi beş adamın arasından seçilmişdir. Con Roberts Kolumbiya mahalının apellasiya məhkəməsində çalışıb. O, Harvard universitetinin hüquqşünaslıq fakültəsinin məzunudur. Orta yaş həddinin 65 olduğu Ali Məhkəmədə hakim vəzifəsinə namizəd göstərilmiş Con Robertsin cəmi 50 yaşı var. Hakimlər Ali Məhkəməyə ömürluük seçilir. Olduqca mühafizəkar və istedadlı bir insan kimi tanınan Con Roberts Birləşmiş Ştatların Ali Məhkəməsində 30-dan artıq işə baxıb. İndi namizədliyi irəli sürüldükdən sonra demokratlar Con Robertsin fəaliyyəti ilə bağlı suallar verəcəklər. Senatın bir neçə üzvü, o cümlədən prezidentliyə namizəd olmuş senator Con Kerri Con Robertsin abort və vətəndaş hüquqları məsələlərində hansı mövqe tutacağını bilmək istədiklərini deyirlər. Lakin cənab Roberts mühafizəkarların artıq güclü dəstəyini alıb. Cənab Roberts namizədliyi elan edildikdən bir neçə saat sonra preziednt Buşla Ağ Evdə səhər yeməyi zamanı görüşmüşdür. Prezident Buş Senatı irəli sürdüyü namizədin vəzifəyə təsdiqilə bağlı ədalətli dinləmələr keçirməyə çağırmışdır. Respublikaçılar Senatda əksəriyyət təşkil edir. Əgər Senatda cənab Robertsin namizədliyi təsdiq olsa, o, bu vəzifədə istefa vermiş hakim Sandra Dey O’Konnoru əvəz edəcək.
XS
SM
MD
LG