Accessibility links

London hücumlarında şübhələnilənlər həbs edilib


London polisi nəqliyyatda baş tutmayan bomba partlayışları cəhdində əli olmaqda şübhələnilən iki nəfəri həbs edib. Cümə axşamı üç metro qatarında və bir avtobusda bomba hücumu həyata keçirmək cəhdində şübhələnilən bu şəxslər Londonun cənubunda yerləşən Stokvil məhəlləsində polis tərəfindən həbs edilib. Bura bomba hüçümü həyata keçirmək cəhdinin yerləşdiyi yerə və eləcə də, dünən polisin Stokvil metro stansiyasında qaçmağa cəhd edən şəxsin qətlə yetirdiyi yerə yaxındır. Polisdən alınan məlumatda deyilir ki, qətlə yetirilən şəxsin intiharçı olduğuğundan ehtiyat edildiyinə görə ona qarşı ölümcül tədbir görülmüşdür. London polisinin mayoru Ken Livinqston həmin şəxsin intiharçı olduğunu, onun özünü və çox adamı qətlə yetirə biləcəyini deyir və onun polis tərəfindən öldürüldüyünü təsdiq edir. Hələ iki həftə bundan əvvəl metrolarda və avtobusda 52 nəfərin ölümü ilə nəticələnən bomba partlayışlarından sonra London sakinləri arasında böyük gərginlik davam edir. Londonun polis rəisi Ayen Bleyer insanlar arasında əsəb gərginliyinin olduğunu və sakinlər tərəfindən ayrı-ayrı yerlərdə şübhəli bağlamalar barədə xəbərlər verildiyini deyir. Cənab Bleyer terrorizmlə mübarizənin polisin qarşısında duran ən çətin məsələlərdən biri olduğunu və bunun İrlandiya Respublikaçı Ordusunun on illərlə həyata keçirdiyi hücum kampaniyasına qarşı aparılan mübarizədən də çətin olduğunu deyir. Bildirildiyinə görə, iyulun 7-də həyata keçirilən və cümə axşamı həyata keçirilməsi baş tutmayan bomba hücumlarının məsuliyyətini Əl Qaida terror şəbəkəsi ilə əlaqəsi olan Əbu Həfs Masri Briqadası öz üzərinə götürüb. Polis bu iddianı təsdiq etməsə də terror aktlarında Əl-Qaida əməliyyatının izlərinin mövcud olduğunu deyir.
XS
SM
MD
LG