Accessibility links

Hindistan Kəşmirində zorakılıqlar davam edir


Hindistan rəsmilərinin verdiyi məlumata görə Hind Kəşmirində baş verən atışma nəticəsində 3 hökumət əsgəri və 1 İslamçı militant ölmüşdür. Ordu nümayəndəsinin bildirdiyinə görə atışma şənbə günü Hindistan əsgərlərinin Acar kəndinə reyd etməsindən sonra başlayıb. Rəsmilər deyirlər ki, dağlarda qarın əriməsi bu əraziyə militantların daha çox sayda axışmasına və zorakılıqların artmasına gətirib çıxarıb. Hindistan Kəşmirində müsəlman qiyamçılar 1989-cu ildən bəri müstəqillik və ya Pakistana birləşmək uğrunda mübarizə aparırlar. Bu qiyam nəticəsində 10 minlərlə insan həyatına son qoyulub.
XS
SM
MD
LG