Accessibility links

Özbək qaçqınları Qırğızıstandan başqa bir dövlətə göndəriləcək


BMT qaçqınlar üzrə rəsmilərinin bildirdiyinə görə Özbəkistanda hakimiyyət devrildikdən sonra Qırğızıstanda sığınacaq tapan 400-dən artıq özbək üçüncü bir dövlətə göndəriləcək. BMT onların köçürülmə prosesinin başlandığını bildirsə də, onların haraya köçürüldüyü barədə məlumat verməyib. Qırğızıstanın aeroport rəsmilərinə istinadən bildirilir ki, BMT tərəfindən qaçqınlar çarter təyyarələrlə Rumıniyaya aparılıblar. Şahidlərin dediyinə görə hökumətə qarşı etiraz nümayışləri zamanı çoxu uşaq və qadın olmaqla 500-ə qədər adam qətlə yetirilmişdi. Özbək rəsmiləri isə ölənlərin sayının 187 nəfər olduğunu demiş və bu zorakılıqlarda İslamçı yaraqlıları günahlandırmışdı.
XS
SM
MD
LG