Accessibility links

Iran dissident jurnalisti azadlığa buraxmaqdan imtina edir


İranın sərt xətt yönümlü ədliyyə rəhbəri bildirib ki, həbs olunmuş jurnalist Əkbər Gənci bu yaxınlarda işlətdiyi ifadə ilə özünün leqal durumunu bir qədər də mürəkkəbləşdirib. Ədliyyə rəhbəri Ayətulla Mahmud Haşemi Şahrudi İranın tələbə xəbərlər agentliyinə bildirib ki, jurnlistin dediyi bəzi sözlər cinayət xarakterli hesab edilə bilər. Bu yaxınlarda həbsxanadan buraxılışda olarkən cənab Gənci hökumətə tənqidi münasibət bəsləyən məktub yazmışdı. İran Jurnalistlər Birliyi cənab Gənciyə dəstək olaraq bir günlük aclıq aksiyası elan etmişdir. Bu arada İran hökuməti Əkbər Gəncinin vəkillərindən birinin həbsinə qərar verib.

XS
SM
MD
LG