Accessibility links

ABŞ Hərbi Dəniz Donanmasının əsgərləri hücuma məruz qalıb


Birləşmiş Ştatlar hərbiçilərinin bildirdiyinə görə, İraqın şəqr bölgəsində həyata keçirilən əməliyyat zamanı Amerika hərbi dəniz donanmasının 7 əsgəri həlak olub. Onların 6-nın dünən Hadita şəhərində öldürüldüyü bildirilir. Hadisə barədə dədiq məlumat verilmir.

İraq polisinin bildirdiyinə görə, bu gün Bağdadda Amerikanın hərbi maşın karvanı hücuma məruz qalmışdır. Maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində bir neçə mülki vətəndaşın həlak olduğu deyilir. Partlayış 20 adamın yaralanmasına səbəb olub. Amerika əsgərlərinin itki verib-vermədiyi bildirilmir.

XS
SM
MD
LG