Accessibility links

Səudiyyə Ərəbistanının kralı son mənzilə yola salındı


Bü gün dünya müsəlmanlarının liderləri Səudiyyə Ərəbistanının kralı Fəhdi son mənzilə yol salmışlar. Kralın Riyadda məzarı üzərinə heç bir işarə qoyulmayıb. Səudiyyə Ərəbistanını 23 il idarə edən Kral Fəhd 82 yaşında vəfat edib. Onun Səudiyyə Ərəbistanının qlobal iqtisadi qüdrətə malik olamsında əvəzsiz xidməti olmuşdur. Kralın qərb liderləri ilə yaxın əlaqələri onu regionun nüfuzlu liderləri sırasına salmışdı. 1995-ci ildə iflic olmasından sonra krallıqdakı hakim rolu səngimişdi. O vaxtdan Səudiyyə Ərəbistanı şahzadə Abdulla tərəfindən idarə edilirdi. Kral Fəhdin Əl Qud qəbiristanlığındakı dəfn mərasiminə çox sayda insan toplaşmışdı. Krallığın vəhabi qanunlarına əsasən qeyri-müsəlman liderlər nə matəm, nə də ki, dəfn mərasimində iştirak edə bilərlər. Qərb liderləri, habelə ABŞ-ın vitse-prezidentinin başçılıq etdiyi nüamyəndə heyəti krala son ehtiramlarını paytaxtda bu gün və sabah göstərəcəklər. Matəm mərasiminə şahzadə Abdulla ev sahibliyi edir. Bütün bunlarla yanaşı Səudiyyə Ərəbistanının Amerikdakı səfirliyinin diplomatı karlın vəfatından sonra da ölkəsinin terrorizmlə mübarizə və neft istehsalının sabitliyi siyasətində dəyişiklik olamyacağını bildirmişdir.
XS
SM
MD
LG