Accessibility links

İran nüvə fəaliyyətlərini davam etdirəcəyini bildirib


İranın nüvə fəlaiyyətlərini bərpa etməsini bildirməsi Avropa Birliyi tərəfindən xəbərdarlıqla qarşılanıb. Qurum bu addımın beynəlxalq böhrana yol açacağını bildiri. Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirlərinin birgə imzaladıqları məktub İranın Ali Nəzarət Şurasına təqdim edilib. Məktibda deyilir ki, Tehran Avropa Birliyi qarşısında götürdüyü öhdəliklərə əməl etməsə, digər yollara əl atılacaq. Lakin İran nüvə fəaliyyətlərinin bərpasi qərarının dəyişməz olduğunu bildirir. Xatırladaq ki, Avropa Birliyi İranın nüvə proqramlarından əl çəkdiyi təqdirdə Tehranın siyasi və iqtisadi maraqlarının qarşılanacağı barədə təklif irəli sürüb.
XS
SM
MD
LG