Accessibility links

Zambiya Britaniya vətəndaşını təhvil verəcək


Zambiya iyulin 7-də london partlayışında əli olduğunda şübhələnilən şəxsi Britaniyaya təhvil verəcəyini bildirib. Zambiya prezidenti Levi Mvanavasa bü gün Lusakada müxbirlərlə görüşündə deyib ki, Harun Rəşid Asvat adlı şəxs mühacirət qanunlarını pozduğuna görə nəzarət altına alınmışdı. Lakin sonradan onun terrorçuluqla əlaqəsi olduğuna dair işarələr aşkar edilmişdi. Hindistan əsilli Britaniya vətəndaşı Asvatın iyul ayının 20-də Lusakada nəzarət altına alındığı bildirilir. Mətbuat xəbərlərində o, mobil telefonla London hücumlarında əli olan şəxslə danışmış, habelə, Birləşmiş Ştatların Oreqon ştatında partizan təlim düşərgəsi yaratmaq istədiyi deyilir. Eyni zamanda Britaniya rəsmiləri Osman Hüseyn adı ilə tanınan və İtaliyada həbs edilən Həmdi İssakın ekstradisiyasına çalışır.
XS
SM
MD
LG