Accessibility links

Özbəkistanın prezidentindən ölüm cəzasının ləğv olunması tələb olundu


“Amnesti İnterneyşnl” təşkilatı Özbəkistanın prezidenti İslam Kərimovdan ölkəsində ölüm cəzasının dərhal ləğv olunmasını tələb etmişdir. Xatırladaq ki, dünən prezident Kərimov bu cəzanın 2008 ildə ləğvi haqqa bəyanat vermişdir. Təşkilatın Avropa və Mərkəzi Asiya proqramları direktoru Nikola Dukvort cənab Kərimovu ölüm cəzaları və edamlara dərhal memorandum qoymağa çağırmışdır. Əlavə olaraq O, ölüm cəzası altında olan insanların adlarının açıqlanması və Özbəkistanda gizli edam pərdəsinin qaldırılmasını istəmişdir. Özbəkistan və Belarusiya Avropa və Mərkəzi Asiya məkanında ölüm hökmünü icra edən dövlətlərdir.
XS
SM
MD
LG